Daxil ol / Qeydiyyatdan keçin
about

Oktay Səmədzadə

Təlimçi, qida mühəndisi

Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsulları mühəndisliyi” üzrə; Magistr təhsilini İstanbul Universiteti – Cerrahpaşada “Qida gigiyenası texnologiyaları” üzrə bitirib.

- Hal hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Xidmətlərin Təşkili

Departamentinin Qida subyektlərinin qiymətləndirilməsi şöbəsində mütəxəssis vəzifəsində çalışır və aşağıdakı istiqamətlər üzrə xidmətlərin göstərilməsində iştirak edir:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Qanunvericiliyinə uyğun olaraq qida zənciri müəssisələrində qiymətləndirmə və məsləhət xidmətlərinin göstərilməsi.

- Müəssisələrdə layihələndirmə xidmətlərinin göstərilməsi.

- Xarici ölkələrdə heyvan mənşəli qida məhsulları, yem və yem əlavələriistehsalçıları üçün Azərbaycan Respublikasında qeydiyyat proseslərinin tamamlanması məqsədilə audit xidmətlərinin həyata keçirilməsi.

- Yerli şirkətlərdə qida təhlükəsizliyi sahəsində gigiyena tələbləri, daşınma və saxlanma, qida məhsullarının izlənilməsi sistemi, HACCP, digər nəzəri və praktiki təlimlərin keçirilməsi.

- Qida zənciri müəssisələrində HACCP sisteminin tətbiqi.

Beynəlxalq jurnalda dərc edilən məqaləsi:

 “Qarğıdalı Semolinası cipsində LC-MS/MS vasitəsilə çoxsaylı mikotoksinlərin təhlili” -

 “Czech Journal of Food Sciences” jurnalında yayınlanmışdır (DOI: 10.17221/241/2022-CJFS, Lisenziya: CC BY-NC 4.0).

Aşağıda qeyd edilən beynəlxalq təlim və konfranslarda iştirak edib:

• World Halal Summit / İstanbul, Türkiyə (4 gün) – 2021

• HACCP SERTİFİKATI / UGM, Türkiyə (4 gün) – 02/2022

• HACCP sisteminin tətbiqi və dövlət nəzarəti / Tarım ve Orman Bakanlığı (4gün) – 06/2024

• Çin–Avropa Marşrutu üzrə Kənd Təsərrüfatı Məhsulları və Qidanın Transmilli

Ticarət və Nəqliyyatında Keyfiyyət Təminatı üzrə Seminar / Pekin, Çin (21 gün)

– 06/2025