


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Rəqəmsal və İnnovativ Təlim Mərkəzi (RİTM) qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində bilik və bacarıqların artırılmasına xidmət edən təlim platformasıdır. Platforma istifadəçilərə istənilən vaxt və məkandan keyfiyyətli təhsil almaq imkanı yaradaraq peşəkar inkişafı dəstəkləyir.
RİTM sahibkarlar, qida zəncirində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, tələbələr, mütəxəssislər və mövzu ilə maraqlanan bütün şəxslər üçün nəzərdə tutulmuşdur. Tədris proqramları Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təcrübə və müasir təhsil yanaşmalarına əsaslanır.
Codex Alimentarius, HACCP, ISO standartları və digər beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanır və mütəmadi olaraq yenilənir. Platformada videodərslər, təqdimatlar, interaktiv tapşırıqlar, özünüqiymətləndirmə testləri və praktiki nümunələr vasitəsilə öyrənmə prosesi daha effektiv və əlçatan edilir.
Qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində maarifləndirməni artırmaq, beynəlxalq tələblərə uyğun bilik və bacarıqların geniş auditoriyaya çatdırılmasını təmin etmək və təhlükəsiz qida zəncirinin formalaşmasına töhfə verməkdir.
Qida təhlükəsizliyi sahəsində regionun ən etibarlı, innovativ və əlçatan rəqəmsal təlim platformalarından birinə çevrilmək, davamlı öyrənmə mədəniyyətini təşviq edən qabaqcıl təhsil mühiti yaratmaqdır.