Daxil ol / Qeydiyyatdan keçin
about

Mehriban Bağırova

Təlimçi, Baytarlıq elmləri üzrə fəlsəfə doktoru, dosent

Baytarlıq sahəsində 35 ildən artıq elmi-praktiki təcrübəyə malik mütəxəssisdir. Peşəkar fəaliyyəti ərzində infeksion xəstəliklərin epidemiologiyası, ət və heyvan mənşəli məhsulların  baytarlıq sanitariya ekspertizası, qida təhlükəsizliyi, zoonoz xəstəliklərin monitorinqi və laborator diaqnostika, beynəlxalq layihələrin hazırlanması üzrə ixtisaslaşmışdır. Respublika üzrə bruselyoz və vərəmə dair seromonitorinq, vaksinasiya və epidemioloji nəzarət proseslərini idarə etmişdir. Elmi fəaliyyətlə yanaşı, müxtəlif universitetlərdə zoologiya, mikrobiologiya, immunologiya və epizootologiya sahələrində dərs demiş, laborator tədrisin təşkilinə və tələbələrin elmi hazırlığına rəhbərlik etmişdir. Bioloji preparatların ekspertizası, qeydiyyatı və keyfiyyətə nəzarət üzrə də təcrübəyə malikdir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müxtəlif struktur bölmələrə rəhbərlik etmiş, ət kəsim məntəqələrində və laboratoriyalarda sanitariya nəzarətinin təşkili, daxili auditlər, risk qiymətləndirilməsi və metodiki təlimlərin hazırlanmasında iştirak  etmişdir.

Elmi fəaliyyətdə 30-dan çox məqalə, metodiki vəsait və tövsiyyənin müəllifidir. Dünyaca nüfuzlu “Nature Microbiology” jurnalında (2019) dərc olunan beynəlxalq tədqiqatın həmmüəllifidir.

Beynəlxalq platformalarda – Avropa, Türkiyə, Çin və Orta Asiya üzrə epidemiologiya, laboratoriya təcrübəsi, qida təhlükəsizliyi, biotəhlükəsizlik və xəstəliklərin idarə edilməsi mövzularında 35-dən çox təlim və konfransda iştirak etmişdir.

Komanda idarəçiliyi, elmi-təcrübi işlərin koordinasiyası, laborator proseslərin təşkili, baytarlıq sanitariya ekspertizası və risk əsaslı yanaşmalar üzrə yüksək səriştəyə malikdir. Azərbaycan, rus və türk dillərində sərbəst, ingilis dilində isə iş üçün kifayət qədər kommunikasiya bacarığına sahibdir.