


Təlimçi, mikrobioloq
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Biotəhlükəsizlik şöbəsində böyük mütəxəssis vəzifəsində çalışır.Biotəhlükəsizlik və biomühafizə istiqamətində Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi təlimlərdə iştirak etmiş və müvafiq beynəlxalq sertifikatlar əldə etmişdir.
Birinci və İkinci səviyyəli biotəhlükəsizlik laboratoriyalarında 8 illik peşəkar iş təcrübəsinə malikdir.
Bundan əvvəl Bakı Dövlət Universitetinin fəlsəfə doktoru proqramında biotexnologiya ixtisası üzrə elmi-tədqiqat işləri aparmış, həmçinin mikrobiologiya sahəsində apardığım araşdırmalar nəticəsində sənaye əhəmiyyətli elmi nəticələr əldə etmişdir.
Bu nəticələr müəllifi olduğu 18 elmi nəşrdə öz əksini tapmışdır. Elmi fəaliyyəti çərçivəsində çoxsaylı beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, müxtəlif elmi seminar və simpoziumlarda tədqiqat işlərini təqdim etmiş və həmin fəaliyyətlərə dair təsdiqedici sertifikatlarla təltif olunmuşdur.