


Təlimçi, qida mühəndisi
Mehdizadə Könül Mövlüş qızı — qida mühəndisliyi, keyfiyyətin idarə olunması və beynəlxalq qida təhlükəsizliyi standartları sahəsində ixtisaslaşmış təcrübəli mütəxəssis və təlimçidir. O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Türkiyənin Sakarya Universitetində isə magistr pilləsi üzrə Qida mühəndisliyi ixtisası üzrə ali təhsil almışdır.
Peşəkar fəaliyyətinə Caspi TM MMC-də Keyfiyyətə nəzarət və reklam üzrə mütəxəssis kimi başlayan Könül Mehdizadə, sonrakı illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Gilan Holdinq kimi qurumlarda istehsalat sahəsində praktiki təcrübə qazanmışdır. Türkiyədə Sakarya Universitetində köməkçi assistent müəllimə kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, Oğuz Gıda İçecek Sanayi A.Ş-də Keyfiyyətə nəzarət üzrə mütəxəssis, Pin Global Gıda Şirkətində isə istehsalat müdiri kimi çalışaraq geniş təcrübə toplamışdır.
Hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Qida Subyektlərinin Qiymətləndirilməsi şöbəsində mütəxəssis kimi fəaliyyət göstərən Könül Mehdizadə qida müəssisələrində keyfiyyətə nəzarət sistemlərinin qurulması, halal uyğunluq tələblərinin yerinə yetirilməsi və beynəlxalq standartlara əsaslanan qiymətləndirmə və auditlərin aparılması sahəsində aktiv iştirak edir.
O, həm Çin, həm də Türkiyə və Avropa ölkələrində təşkil edilən yerli və beynəlxalq təlim və seminarlarda iştirak edərək peşəkar bilik və bacarıqlarını təkmilləşdirmişdir. O cümlədən, ISO 9001, ISO 22000, BRCGS Food Safety (həm 8-ci, həm də 9-cu versiya), Halal uyğunluq, GHP (Good Hygiene Practices), və pest nəzarətinə dair Pepsico University-nin proqramları üzrə müvafiq sertifikatlar əldə etmişdir.
Yüksək təhsil səviyyəsi, beynəlxalq təcrübəsi və sistemli yanaşma bacarığı ilə Könül Mehdizadə təlimçi kimi qida təhlükəsizliyi sahəsində müasir bilikləri və praktik nümunələri təlim iştirakçılarına təqdim etməklə onların peşəkar inkişafına əhəmiyyətli töhfələr verməkdədir.