Daxil ol / Qeydiyyatdan keçin
AQTİ-nin yeni saytı istifadəyə verilib

AQTİ-nin yeni saytı istifadəyə verilib

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yeni veb saytı istifadəyə verilib. Yeni sayt sahibkarların məlumatlandırılması və istehlakçıların maarifləndirilməsi üçün faydalı imkanlar təqdim edir. Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəli ən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə müraciət bölmələri yaradılıb.

Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlər barədə ətraflı məlumat təqdim olunur. Sayta daxil olan hər kəs bu laboratoriyalara virtual tur etmək imkanı qazanacaq.

Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təklif etdiyi təlim, konsaltinq, halal sertifikatlaşdırma, layihələndirmə, xarici qiymətləndirmə və digər xidmətlər sahibkarlar üçün daha əlçatan formada təqdim olunub.

Yenilənmiş saytda “HALAL” uyğunluq sertifikatı almaq istəyən sahibkarlar üçün yeni “Kalkulyator” bölməsi yaradılıb. Bu bölmədə sahibkarlar müvafiq sahələri dolduraraq HALAL sertifikatlaşma üzrə qiymətləndirmə rüsumlarını öyrənə bilərlər.

Bundan əlavə, saytda hər gün yenilənən maraqlı məqalələr istehlakçıların maarifləndirilməsi üçün əlverişli informasiya mənbəyidir.